AXTAR

Məmmədyarov Lavrovla görüşəcək

elmar_lavr6.jpg

Azrəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək.

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Bundan əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

AzNews.az

Oxşar məqalələr