İlkin Cəlilov - travmatoloq-cərrah

Baku Medical Plaza
tel: 055 2001985 | 055 7083000


Dirsək kisəsi-bursası (olekranon bursası), dirsəyin hərəkətli dərisi ilə sümük toxuması arasında normal halda düzgün və diqqət çəkməyən, dərinin sümük üzərində asanlıqla sürüşməsini təmin edən, içi maye ilə dolu bir kisədir. Kisənin iltihabına bursit deyilir. Olekranon bursiti (dirsəkdə bursit), kisədə şişkinlik və içərisi maye ilə dolu yumşaq kütlə şəklində görünür.
Olekranon bursitinin yaranma səbəbləri - Dirsəyini sərt yerə dayayaraq işləmək vərdişi olan insanlarda, həmin bölgədə baş verən ani və sərt travmaları iltihaba və şişkinliyə səbəb kimi göstərmək olar. Həmçinin ətraf mühit ilə əlaqəsi olan açıq yaralar irinli-iltihab prosesinin başlamasına şərait yaradır. Eyni zamanda  Gut xəstəliyi, revmatoid artrit kimi xəstəliklərdə olekranon bursitinə rast gəlinə bilər.
Olekranon bursitinin diaqnozu aşağıdakılara əsasən qoyulur. Əsasən dirsək arxasında yumşaq şişkinlik, kisə içərisində mayenin miqdarı artıqca kisə divarına təziqin artması ilə ağrının əmələ gəlməsi. Həmçinin bunun üzərinə infeksiya da əlavə olunarsa, bölgədə qızartılıq və hərarətin artması müşahidə olunur. Xəstələrdə diaqnoz qoyularkən dirsək rentgenində bursitə səbəb olan yad cisim və ya sümük parçası  görünə bilər.
Olekranon bursitinin müalicəsi. İnfeksiyalaşmış bursitlərdə ilk əmələ gələn kisə içərisinə punksiya edilərək nümunə götürülür və mikrobioliji analizə göndərilir. Daha sonra analiz cavabına uyğun olaraq antibiotik və QSİƏ preparatların qəbulu aparılır. İnfeksiyalaşmamış bursitlərdə isə kisənin mayesinin iynə ilə boşaldırması, elastik sarğı ilə kompression sarğı, QSİƏ preparatların qəbulu uyğun görülür. Aparılan müalicələrə baxmayaraq olekranon bursitində sağalma olmazsa, cərrahi yolla kisənin çıxarılması məsləhət görülür.