AXTAR

DAYNA !

Şeir 1 Şeir 0

 

Saytımızın “oxucu məktubları” bölməsinə
M.Hüseynovun imzası ilə məktub daxil olub.
Onun göndərdiyi şeiri folklor nümunəsi kimi dərc edirik

Qoy özünün olsun o əda, o naz
Barı bir salama salam ver , dayna !
Sözümü şıltaqlıq düşünərək, az
Könlümü odlara qalama, dayna !

Məni belə görüb gəl uşaq demə,
Hələ sözlərimi qoymuşam dəmə,
Arabir sataşıb şirin ləhcəmə,
Ta məni əlinə dolama, dayna!

Istəmə hicrini, qarabağliyam,
Mən oda bağlıyam, elə bağlıyam,
Özün bilirsən ki, qarabağliyam,
Tənənlə könlümü talama, dayna!

Oxşar məqalələr