AXTAR

Qoşulmama Hərəkatının Sədri Fransaya çağırış etdi: “Bu rüsvayçı səhifəni qapadın və üzr istəyin”

ilxam

İlham Əliyevin azadlıq mübarizəsi dünya səhnəsinə sıçrayır

Bildiyimiz kimi, bu gün Azərbaycan çox mühüm tədbirə, Qoşulmama Hərəkatının “COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”nə ev sahibliyi etdi.

Tədbirdə Qoşulmama Hərəkatının Sədri hörmətli Prezidentimiz cənab İlham Əliyev sözün əsl mənasında məzlumaların sözünü deməyi, haqlarını qorumağı bacaran əsl dünya lideri kimi çıxış etdi, indiyə kimi deyilməyən bir sıra problemləri çox açıq və cəsarətli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Cənab Prezident dünyada neokolonializm meylinin artdığından narahat olduğunu və Fransaya çağırış edərək bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə qapatmağa və həmin xalqlardan üzr istəməyə çağırdı: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Oxşar məqalələr