AXTAR

Alfred Tennisonun məşhur “Vivian” əsəri Mərkəzi Elmi Kitabxanada

16 dekabr 2016

goustave kitab

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Qərb ədəbiyyatı fondunda Böyük Britaniyada Viktoria dövrünün (1837-1901-ci illər) ən məşhur şairlərindən olan Alfred Tennisonun 1868-ci ildə Fransada nəşr edilmiş “Vivian” əsəri mühafizə olunur.
Kitabxanadan İKSmedia.az-a bildirilib ki, “Kral idilliyası” silsiləsindən birinci kitab olan “Vivian” A.Tennison yaradıcılığının zirvəsi sayılır. İdilliyalar Kral Artur və Dəyirmi Masanın cəngavərləri haqqında olan əfsanələrin poetik təsvirlərindən ibarətdir. A.Tennison poetik silsiləsində Göl İlahəsi (Artur əfsanələrində Vivian adlanırdı) haqqında olan bir sıra rəvayətlərdən istifadə edərək onu iki xarakterə ayırır: Vivian - Merlini məhv edən yalançı ifritə və Göl İlahəsi - Lancelotun tərbiyəçisi, Ekskaliburu (Kral Arturun əfsanəvi qılıncı) Krala hədiyyə edən kimi təsvir edir. Kitabda XIX əsrin dahi fransız illüstrasiyaçı rəssam Qustava Dorenin işıq və kölgə oyunu qravürləri, qrafik təsvirləri yer alıb. Böyük əməyin bəhrəsi olan sənət əsərlərinin qiyməti çox yüksəkdir, dünya hərraclarında onlara böyük tələbat var.
Qeyd edək ki, MEK-in Qərb ədəbiyyatı fondunda 214.546 kitab saxlanılır.

Oxşar məqalələr