AXTAR

“Qara bağ” bədii filmi Qırğızıstanda festivalda nümayiş olunub

16 dekabr 2016

qara bag filmi

 

“Qara bağ” bədii filmi 6-cı “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” beynəlxalq film festivalının əsas müsabiqə proqramında nümayiş olunub. Festival Bişkek şəhərində keçirilib.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından aldığımız xəbərə görə, festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib.
Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan Amil Məmiyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir. “Qara bağ” qısametrajlı bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxildir.
“Qara bağ” filminin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.

Oxşar məqalələr