AXTAR

Günün sualı: telefon aparatları hardadır?

Bakı həqiqətən gözəl şəhərdir və səliqə-səhmanı da gündən-günə artır. Şəhərin təmiri ilə məşğul olanlar istehsalat mədəniyyətini, iş məsuliyyətini də getdikcə artırırlar. Təbii ki, belə məsələlər pulla həll olunmur, daha çox əməkçilərin və eyni zamanda bu sahədə çalışan məmurların fərdi evolyusion inkişafına bağlıdır. Ancaq xırda bir nöqsan görürsən ki, çəkilmiş böyük zəhməti eləyir heç nəyin heçı. Məsələn, bu şəkildə gördüyünüz telefon köşkü kimi. Belə köşklərin sayı nə qədərdir, bilmirik, amma əlimizdə iki fakt nağddır: biri, Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində, “İmprotex Travel” şirkətinin qarşısında, digəri də Bülbül prospektində, “AzərTac”la üzbəüz səkidə. İkisi də, şəhərin turistlərlə dolu olan mərkəzi hissəsində.

 

TELEFON1


Adama, virtual olaraq, deyərlər:
-Nə olsun?
-Necə yəni? Gecə-gündüz dövlət çalışır turizmi inkişaf etdirsin, paytaxtımıza gələn nöqsan tapmadığından feyziyab olub, dübarə gələn il də gəlsin, siz də deyirsiniz, nə olsun?!
-Əlbəttə, nə olsun, indi hamının cibində iki-üç mobil telefonu var.
-Birdən gələn xarici oldu, telefonu da burada işləmədi?! Bəs, onda???
-Onda telefondan istifadə etməyəcək.
-Bəlkə, biçarənin başına bir iş gəldi, məsələn, sancısı tutdu. Turistlərin belə problemlə üzləşməsi tam real ehtimaldır.
-Hmmm..., onda ikimiz də birdən sual edək: bu köşklərin telefon aparatları hardadır, ay bu işə məsul olan məmurlar?
İiksmedia.az

Oxşar məqalələr