40 villa alan keçmiş icra başçısının oğlu danışdı

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.

İksmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirib.

“Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.

Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb.

Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

 
 

 

Səlim Müslümovun milyonluq evi və obyekti satılır

 

 

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır.

“İksmedia" Qafqazinfo”nun əldə etdiyi məlumata görə,xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti 1 milyon 376 min manat təşkil edir.

- Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;

- Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.

Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb

.Xatırladaq ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.

 

 

Küləklə bağlı - Xəbərdarlıq

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

İksmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Siqaret çəkənləri hansı cərimələr gözləyir? - MƏBLƏĞLƏR

Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin qarşısının alınması, ətraf mühitin mühafizəsi və vətəndaşların sağlamlığının qorunması məqsədilə nəzarət tədbirləri gücləndirilib.

Bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması, həmçinin maarifləndirmə işlərinin aparılması hüquq-mühafizə orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır:

"Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə mütəmadi olaraq monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, bütövlükdə isə əhali arasında geniş izahat işləri aparılır.

Qeyd edək ki, qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən, tullantılarını ətraf mühitə atan, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satan şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Bir daha hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq".

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, tütün məmulatlarının istifadəsinə dair məhdudiyyətlərin pozulmasına görə bir sıra inzibati cərimələr nəzərdə tutulub. Qanunla qadağan edilmiş yerlərdə tütün çəkilməsinə görə 30 manat, siqaret kötüyü və digər tütün tullantılarının ətraf mühitə atılmasına görə 300 manat cərimə tətbiq edilir. Həmin xətanın bir il ərzində təkrar törədilməsi isə 700 manat cərimə və ya 60–100 saat ictimai işlə nəticələnə bilər. Eyni zamanda, müəssisə və təşkilatlarda tütün çəkmək üçün xüsusi yerlərin düzgün təşkil olunmamasına görə vəzifəli şəxslər 400–500 manat, hüquqi şəxslər isə 1 000–1 200 manat məbləğində cərimə olunur.

Yanvarın son günü 18° dərəcə isti olacaq

Yanvarın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

 

 

2 -dən səhifə 26

Oxşar məqalələr