AXTAR

Islam Oyunlarının iştirakçıları Bakıya vizasız gələ biləcəklər

islam oyunlari

 

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. IKSmedia.az xəbər verir ki, sərəncamda IV İslam Həmrəyliyi Oyunlarının
iştirakçıları Azərbaycana vizasız səfər edəcəklər haqda bənd öz yerini tapıb.
Müəyyən edilir ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər; IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Oxşar məqalələr