AXTAR

“Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək

cempionlar liqasi voleybol

 

Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirəcək.
IKSmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın “Konegliano” komandası Bakı təmsilçisini Trevizo şəhərində qəbul edəcək. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.

 

Oxşar məqalələr