AXTAR

Xpert Slider

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi güclənir

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Səməd Seyidov: 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çox məntiqli addımdır

semed_seyidov.jpg

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi çox düzgün, zərurətdən doğan və yalnız İslam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır.

 

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, bu gün Azərbaycanın bütün dini konfessiyaları, bütün millətləri öz siyasəti ilə birləşdirdiyini və İslam dünyasının ən çətin, ən problemli dövrünü yaşadığını nəzərə alsaq, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün İslam dünyasında, ümumiyyətlə, bütün dünyada bir barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addımdır:

“Həmçinin bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Eyni zamanda, ötən ili “Multikulturalizm İli” elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu və dünyaya göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan İslam dinidir. Bununla yanaşı, cənab Prezidentin “Biz İslam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq” sözləri heç də təsadüfi deyil və hesab edirəm ki, bu, həm millətimizin adını İslam dünyasında, həm də İslam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq”.