AXTAR

MANŞET

İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı sərəncam imzalandı

"Əkin sahələrinin genişləndirilməsi vacibdir” - AZƏRBAYCAN PREZİDENTİ

İlham Əliyev: “Bayrağımız Şuşada, Xankəndində də dalğalanacaq”

Mehriban Əliyeva ilk müşavirəsini çağırdı

Putin Mehriban Əliyevanı təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Reklam

FOTO QALEREYA

Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formul

sark

 

Minsk qrupunun fəaliyyətsizliyi sülh platforması ilə kompensasiya oluna bilər

Xarici qüvvələrin təhriki və ermənilərin bilavasitə arzusu və iştirakı ilə Azərbaycan torpaqlarının işğalı ilə yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün edilən çağırışlar rus ədibi Krılovun məşhur “durna balığı, xərçəng və qu quşu” haqqında yazdığı təmsilini xatırladır. Təmsildə deyilir ki, adıçəkilən canlılar arabanı öz istədiyi istiqamətə dartdığı üçün heç bir nəticə alınmır, çəkilən zəhmət də boşa çıxır.
İndi 25 ilə yaxındır ki, Minsk qrupu adlandırılan formal qrupun həmsədr dövlətləri-ABŞ, Rusiya, Avropa Birliyi və Ermənistan münaqişənin həllini yalnız öz xeyirlərinə həll etməyə çalışdıqları üçün aparılan danışıqların heç bir faydası olmur. Və adıçəkilən bu 4 tərəf kənardan dondurulmuş kimi görünən vəziyyətdən yararlanır. Kimi nəzarətsiz qalmış bu ərazidə narkotik becərib satır, kimi silah alverinə qurşanıb, kimi terrorçu yetişdirməklə işini görür, kimi dini təəssübkeşliyi ilə lovğalanır, kimi də bu amili xarici siyasətinin predmetinə çevirib. Amma göstərilən tərəflərdən heç biri Azərbaycan xalqının iztirabları, bu müharibə nəticəsində erməni xalqının düşdüyü ağır vəziyyət, regionda pozulmuş mehriban qonşuluq siyasəti barədə düşünmür. Yalnız güclü qüvvələrlə üz-üzə qalmış Azərbaycan bütün səylərlə torpaqlarının azadlığı, regionda sülh və əmin-amanlığın yaradılması uğrunda, tam mübaliğəsiz deyə bilərik ki, mübarizə aparır.
Beynəlxalq aləmdə Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri var və onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində prinsipial şəkildə ədalətli mövqe sərgiləyirlər. Lakin bu sülh danışıqlarını başlamağa və ya münaqişənin məntiq əsasında müharibə yolu ilə həllinə kifayət etmir. Hətta BMT, ATƏT və İƏT kimi beynəlxalq təşkilatların qərarları da prosesin irəliləməsinə müsbət təsir göstərə bilmir. Bu gün Azərbaycanın yanında daha bir yardımçı qüvvənin formalaşması prosesi gedir. Bu, yerli, amma vacib əhəmiyyətə malik regional güc ola bilər. Söhbət erməni və azərbaycanlı ictimai xadimlərinin Bakıda birgə irəli sürdükləri sülh platforması üzərindədir. Hər gün platformaya qoşulanların sayı artır. Təsadüfi deyil ki, onların бюйцк яксяриййяти erməni milliyyətindən olan insanlardır.
Biz onsuz da həmişə sülh arzulamışıq və indi ermənilərin ellikcə sülhə gəlmələri vacib amilə çevrilib. Lakin bütün mərhələlərdə olduğu kimi bu mərhələnin də uğurla davam edəcəyi hələlik şübhə altındadır. Belə ki, “aşağıdan, xalqın içərisindən başlanmış hərəkat axıra kimi davam edə biləcəkmi” sualının qəti cavabı yoxdur. Çünki, regionda marağı olan qüvvələr bu işi də poza bilərlər. Ən pisi isə odur ki, hərəkat yuxarıda adıçəkilən qüvvələrdən hansınınsa təsiri altına düşsün və səhv istiqamətə yönəldilsin. Amma bütün hallarda sadə insanların sülh hərəkatına qoşulması mühüm məsələdir və 2017-ci ildə bu prosesin geniş vüsət alması gözlənilir.
Sülh platformasının başlıca effektlərindən biri Ermənistanda formalaşmış neqativ dünyagörüşün sınıdırılması və aradan qalxması ola bilər. Əslində, sadə camaat bunu həmişə arzulayır. Əsas məsələ erməni siyasi isteblişmentinin destruktiv fəaliyyətinin konstruktiv axara gətirilməsidir. Sülh platformasının uğurunda bu istiqamətin rolu həlledici olacaq. Başqa sözlə, sülh platformasınin geniş təbliği erməni elektoratının gözünü açmağa və siyasi hakimiyyətin başında duran “faşıst” təfəkkürlü insanların oradan uzaqlaşdırılmasına xidmət edə bilər. Aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri bu yöndə mühüm əhəmiyyət kəsb edəcək. Çünki, bu seçki ilə ölkədə parlament üsul-idarəsi bərqərar olacaq və seçiləcək deputatların verdikləri qərarlar gələcək inkişaf perspektivində ağırlıq mərkəzi rolunu oynayacaq.
Beləliklə, 2017-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda həlledici olmasa da irəliləyişin olması üçün dövrünə çevrilə bilər. ABŞ-da yeni prezidentin yanvarın 20-də fəaliyyətə başlaması və Ermənistanda aprel seçkiləri ilə baş verəcək dəyişikliklər bunun əsas flügerləridir.

IKSmedia.az