AXTAR

Xpert Slider

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi güclənir

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Nazir müavini: “Ümid edirəm ki, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası bu il yekunlaşacaq” - EKSKLÜZİV

2df9efb71bc576242bcc0ba8ad1ea520.jpg

“Biz 2017-ci ildə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirəcəyik və ümid edirəm ki, yekunlaşdıracağıq”.

Bu sözləri APA-nın Gürcüstan bürosuna eksklüziv açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyasına dair hökumətlərarası komissiyanın həmsədri David Calaqaniya deyib. “Bizim məqsədimiz odur ki, sərhədlərimizin qalan hissəsini uğurla delimitasiya edərək, yekunlaşdıraq. Mən buna çox ümid edirəm”, - deyə o, söyləyib.


D. Calaqaniya bu məsələdə ciddi problemlərin olmadığını bildirib: “Mən buna problem deməzdim. Bu, bir prosesdir. Tərəflərin maraqları var. Biz Azərbaycan tərəfinin maraqlarına hörmət edirik. Onlar da bizim maraqlarımızı bilirlər. Sadəcə olaraq, ümid edirik ki, maraqlarımız üst-üstə düşəcək və qarşılıqlı anlaşma və prioritetlər əsasında hər şey həll olunacaq”.


Gürcüstan xarici işlər nazirinin müavini 2017-ci ildə ikitərəfli görüşlərin davam etdiriləcəyini deyib.