AXTAR

MANŞET

İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı sərəncam imzalandı

"Əkin sahələrinin genişləndirilməsi vacibdir” - AZƏRBAYCAN PREZİDENTİ

İlham Əliyev: “Bayrağımız Şuşada, Xankəndində də dalğalanacaq”

Mehriban Əliyeva ilk müşavirəsini çağırdı

Putin Mehriban Əliyevanı təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Reklam

FOTO QALEREYA

Sarkisyan hökuməti məhvə məhkumdur

sarkisyan hokumeti

 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması haqqında dəfələrlə beynəlxalq miqyasda həm təşkilatlar, həm siyasi xadimlər, həm də dövlətlər tərəfindən qətiyyətli bəyanatlar səsləndirilib. Hamı sülhdən danışır. Amma Azərbaycandan başqa sülh yolunda konkret addım atan bu vaxtadək olmayıb. Lakin bir neçə ay əvvəl azərbaycanlı və erməni ictimai xadimləri tərəfindən irəli sürülmüş sülh platforması erməni xalqının qabaqcıl düşüncəli nümayəndələrini də dilə gətirib. Demək olar ki, hər gün dünyanın müxtəlif guşələrindən bu platformaya dəstək verən erməni mənşəli yazıçılar, iş adamları, yaxud sadə insanlar mətbuat və ya sosial şəbəkələr vasitəsilə sülh platformasına qoşulduqları barədə rəylərini bildirirlər. Bu rəyləri birləşdirən ümumi səmərəli toxum odur ki, ermənilər öz həmvətənləri tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pisləyir, qonşu xalqlar arasında dostluq və həmrəylik yaranmasını arzulayırlar. Təbii ki, bu zaman erməni silahlı qoşun birləşmələrinin Azərbaycandan çıxıb getməsi şərt kimi irəli sürülür.
Bu günlərdə məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub. О, bu barədə öz Facebook səhifəsində belə yazıb: “Kimlər ki Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki Serj Sarkisyanladır - onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır”. Bu, Qarabağ münaqişəsini hazırlayanlara və işğalçılıq həyata keçirib söyqırım törədənlərə ən ciddi hökmdür.
Sülh platformasına daha bir dəstək isə Rusiyanın Sankt-Peterburq şəhərindən gəlib. Uzun illər Sankt-Peterburqda yaşayan erməni sahibkar Erik Xaçaturov atılan addımları ürəkdən alqışladığını bəyan edib. Milyonlarla erməni kimi, o da Ermənistanda hazırda mövcud olan faciəvi reallıqdan xilas yolunu mühacirıətdə tapıb. Bir neçə gün bundan əvvəl E.Xaçaturov KİV-dən erməni ictimai fəalların Bakıya gəldiyini, Ermənistan-Azərbaycan sülh platformasının yaradılmasını və xalq diplomatıyasının sülhməramlı səyləri barədə öyrənib.
E.Xaçaturov sülhməramlı platformaya qoşulmaq arzusunu açıq şəkildə izhar edib. Onun sözlərinə görə, sülh platforması və xalq diplomatiyası ideyası Rusiyada yaşayan ermənilər arasında böyük və səmimi dəstək qazanıb. “Ermənistan və ermənilər mənasız müharibədən beziblər”, - erməni iş adamının gəldiyi nəticə budur.
“Necə fikirləşirsiniz, Qarabağ müharibəsi Ermənistana və onun xalqına müsbət nəsə verdimi?” sualını E.Xaçaturov belə cavablandırıb: “Qarabağ müharibəsi ilk növbədə on minlərlə günahsız insanın ölümünə, yüz minlərlə adamın ev-eşiyini tərk etməsinə gətirib çıxardı. Bu faciənin əks-sədası hələ də eşidilməkdədir. Ermənistana və onun xalqına bütün bunlar yüz minlərlə ailənin faciəsindən, bu gün də davam edən ağrıdan, məhrumiyyətlərdən və məşəqqətlərdən başqa nə verə bilərdi ki?”
Bu cür misalları jurnalistlər hər gün yazırlar. Lakin bir məsələ var ki, bu, xalqın səsidir. Ermənistanın siyasi rəhbərliyi isə hələ ki susur. Belə görünür ki, onlar uzun müddət susmağa üstünlük verəcəklər. Çünki, rəhbərlikdə oturanlar bilavasitə soyqırım törədənlərə başçılıq edənlərdəndir. Belələrindən xalqa heç vaxt kömək gəlməyib. Erməni xalqı Serj Sarkisyan hakimiyyətini devirmək əzmi ilə mübarizə aparır. Artıq Serjin komandası məhvə məhkumdur. Əgər erməni siyasi hakimiyyəti fəaliyyətində müsbət dəyişikliklərə başlamasa, öz xalqı onu devirəcək. Yox, bu baş verməsə, Azərbaycan Ordusu torpaqlarını azad etmək üçün hərəkətə keçəcək və nəticədə erməni qoşunları Azərbaycan torpağını, Sarkisyan hakimiyyəti isə Ermənistanı tərk edəcək.

IKSmedia.az