AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Onlar torpaq uğrunda həlak olublar

torpaq ugrunda

 

Qəhrəmanlar unudulmur

Yanvarın 14-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aprel döyüşləri zamanı “Mi-24” helikopterinin vurulması nəticəsində şəhid olan pilotlarımız - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunmuş “Aprel xatirələri” adlı tədbir keçiriləcək.
Tədbir Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Şəhid Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə bildirib ki, vətənpərvərlik mövzusuna həsr edilən tədbirdə çıxışçılar üç şəhidin keçdiyi həyat və döyüş yolundan danışacaq, onlarla bağlı xatirələrini bölüşəcəklər. Həmçinin mərkəzin üzvü olan uşaqlar tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səslənəcək, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Tədbir çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş “Şahinlər” adlı sənədli filmin də təqdimatı nəzərdə tutulur.