AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

Yenilənən Azərbaycan-Qırğızıstan dostluğu

Yenilənən Azərbaycan-Qırğızıstan dostluğu

GÜNDƏM 25.04.2024 | 22:28
XXI əsr Türk dünyasının siyasi və iqtisadi, mədəni və mənəvi sivilizasiyasının növbəti oyanışına şahidlik edir. Əsrimizin üçüncü onilliyində baş verən…

Reklam

FOTO QALEREYA

Qarabağa getdiyi üçün Belarusda tutulan bloqqerə deyiblər: “Sənin məsələn həll olunub”

lapshin

 

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etdiyi üçün barəsində cinayət işi qaldırılıb axtarışa verilən və ötən ay Belarusda həbs olunan rusiyalı bloqqer, İsrail vətəndaşlığı daşıyan Aleksandr Lapşindən xəbər var.
Virtualaz.org bildirir ki, Yeni il tətili günlərində bloqqeri Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları təcridxanada ziyarət ediblər və ona “sənin məsələn artıq həll olunub” deyiblər.
Bu barədə bloqqerin rəfiqəsi Yekatrina sosial şəbəkələrdə yazıb. Onun bildirdiyinə görə, Lapşinə deyiblər ki, Azərbaycana ekstradisiyası ilə bağlı məsələ həll olunub. Habelə deyiblər ki, əldə olunan razılaşmaya əsasən Lapşin Belarusdan Azərbaycana ekstradisiya olunacaq, buradan isə onu dərhal vətəndaşı olduğu İsrailə təhvil verib orada mühakimə olunmasını istəyəcəklər.
Lakin bu söhbət şifahi olub, protokol tərtib edilməyib və İsrail konsulluğunda deyiblər ki, bu görüş və ekstradisiya barədə razılaşmadan xəbərsizdirlər.
Xatırladaq ki, ermənilər Lapşinin həbsi ətrafında bacardıqları qədər hay-küy qaldırıblar. İsrail XİN isə Azərbaycandan xahiş edib ki, bloqqerin təqiblərini dayandırsın. Lakin Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Eyni zamanda bu məsələnin İsraillə münasibətlərə zərər yetirməməsinə də çalışacaq.
Virtualaz.org