AXTAR

Xpert Slider

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi güclənir

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

İrəvana işğalçı deyən erməni yazar həbs edildi – Xankəndidə

nersisyan l

 

Haqqin.az və Virtualaz.org saytlarında Xankəndindən olan gənc yazıçı Lusine Nersisyanın müsahibəsi dərc edildikdən dərhal sonra o, Ermənistan xüsusi xidmət orqanlarının işğalçı Dağlıq Qarabağ rejimində fəaliyyət göstərən şöbəsi tərəfindən həbs edilib.
Artıq bir neçə saatdır ki, L.Nersisyan Xankəndində xüsusi xidmət orqanlarının binasında saxlanılır.
Bunu “Aravot” qəzetinə müsahibəsində separatçı liderin mətbuat katibi David Babayan təsdiq edib. O, Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı “hibrid müharibə” aparmaqda günahlandırıb: “Son həftələrdə Azərbaycan bizə qarşı informasiya müharibəsi elan edib. Onlar bizim kütləvi informasiya vasitələrinə müdaxilə etməyə çalışır, insanların psixologiyasına təsir edirlər, müharibənin hibrid formalarının müxtəlif formalarından fəal şəkildə istifadə edirlər”.
D.Babayanın sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanları hazırda L.Nersisyanı Azərbaycan KİV-də çıxış etməyə və Bakı sülhməramlı deklarasiyasını dəstəkləməyə vadar etmiş xüsusları araşdırırlar.