AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Azərbaycandan imdad diləyən ermənilərin sayı artır

minasyan

 

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Qafqazın iki qonşu xalqı bir-birinə düşmən olub. Bütün dünya təsdiq edir ki, bəli, ermənilər Azərbaycanın ərazisinə zorla soxulub və 20 faiz torpağını işğal edib. Əcnəbilər həmişə işğal faktını pisləyiblər. Amma konkret tədbir görməyə gələndə min oyunla yaxalarını kənara çəkiblər, “özünüz həll etməlisiniz” deyə bildiriblər. Özümüz də həll etməyə başlayanda, deyək ki, bu ilin aprel döyüşləri ilə, tez ATƏT və onun Minsk qrupu bunun qarşısını almaq üçün hər cür əmələ əl atıblar.
Münaqişənin həllində ən ədalətli yol sıfır vəziyyəti deyilən variantdır. Yəni, müharibədən əvvəlki vəziyyətə qayıtmaq və sonra stol ətrafında əyləşib söhbət etmək. Üstəlik, həqiqətə qalanda bütün bu məsələlərdə Ermənistanın iştirakına yer yoxdur. Çünki, Azərbaycan ərazisində və o çümlədən Qarabağ zonasında yaşayan bütün millətlər və etnik qruplar Azərbaycan vətəndaşlarıdır və hər bir vətəndaş da öz hökumətindən nə isə tələb edə bilər. Lakin kimlərsə tərəfindən irəli sürülən bu və digər variantları indiyədək qəbul etmək mümkün olmayıb, çünki kənardan idarə olunan ermənilər hər iki-üç gündən bir fikirlərini dəyişiblər. Ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, həyata keçirilən görüşlərin nəticəsi sübut edib ki, dünyanın nizamı dağılıb. Prezident İlham Əliyev bu günlərdə Tərtər rayonunun ictimaiyyəti ilə görüşdə söhbət zamanı bu durumu dəqiq ifadə edib: “Bu gün dünyada artıq beynəlxalq hüquq anlayışı demək olar ki, iflasa uğrayıb”. Bu, çıxarılan real nəticədir. Sıravi adamlar da bunu duyurlar. Təsadüfi deyil ki, işğalçılığın dağıdıcı mahiyyətini dərk edən ermənilər də buna qarşı çıxanda artıq Avropaya, yaxud Rusiyaya deyil, Azərbaycana üz tuturlar, Azərbaycan xalqından imdad diləyirlər.
Bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minasyan да Azərbaycan tərəfə keçmək üçün ona kömək göstərilməsini istəyib. O deyib ki, Bakıda mətbuat konfransı keçirib Azərbaycan ərazisində yerləşdirilmiş erməni silahlı qüvvələrinin dəhşətli əməlləri barədə faktları açıqlayaraq işğalçıları ifşa etmək məqsədindədir. Ümumiyyətlə, son vaxtlar Ermənistanda probemlərini dünyaya çatdırmaq üçün Azərbaycana müraciət ermənilərin sayı artır. Bunu erməni hüquq müdafiəçilərinin bir müddət əvvəl baş tutmuş Bakı səfəri də göstərib. Ukraynada yaşayan Vahan Martirosyan artıq bu yolu keçib və Azərbaycandan gördüyü qayğı və köməkdən, necə deyərlər, “yerdən göyəcən” razılıq edir. Avropada məskunlaşmış Vahe Avetyan mənsub olduğu xalqın “düşmən” adlandırdığı azərbaycanlıların sülhsеvər münasibətlərindən heyranlıqla danışır. İrəvandan Bakıya təşrif buyurmuş Suzanna Ciqaryan Serj Sarkisyanın quldur komandasının əlindən canını güclə qurtarıb. Bu qadın jurnalist və hüquq müdafiəçisi olsa da öz hüquqlarını müdafiə etməyə gücü çatmır, çünki vətənində bütün növ hüquqlar tapdanır və beynəlxalq təşkilatlar da buna göz yumur. Bu səbəbdən o da Azərbaycana inanıb, bura pənah gətirib. Bu faktlar bir tərəfdən Azərbaycanda hüquqi dövlətin əsaslarının getdikcə möhkəmlənməsi, respublikanın beynəlxalq nüfuzunun artmasını sübut edirsə, digər tərəfdən beynəlxalq hüququn iflası anlamına gəlir.
İndi İrəvanda erməni təbliğat maşını böhtançı fəaliyyətini gücləndirib. Yazırlar ki, kömək üçün Azərbaycana müraciət edən Norayr Minasyan mühakimə olunub və ordudan qovulub. Halbuki mühakimə olunduğunu bu adam heç vaxt gizlətməyib. Çünki, mühakimə olunma səbəbi gülünc və qondarmadır. Ona “icazəsiz hərbi hissəni tərketmə” ittihamı irəli sürülüb. Əslində isə tank əleyhinə ordu bölməsində rota komandiri olan Minasyan hərbi akademiyanın məzunudur, ana dilindən başqa rus və ingiliscə təmiz danışır. Bu adam intellektual səviyyəyə malik zabitdir. Və Ermənistan ordusunda belə hazırlıqlı kadrı ona görə ordudan qovublar ki, o, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovun özbaşınalığına dözməyərək onunla mübahisə edib. İndi Ermənistanda təşviş içindədırlər ki, Minasyan işğalçı ordunun əsl xarakterini açan yeni faktlar ortaya çıxacaq. Minasyan və onun kimilər işğalçı olmaq istəmirlər.
Artıq Ermənistan və Azərbaycan arasında necə adlandırılması bilinməyən paradoksal vəziyyət yaranıb. Azərbaycan onunla düşmənçilik edən Ermənistanın vətəndaşlarına hüquqi və mənəvi yardım edir. Hər hansı bir xalq gərək nə dərəcədə yüksək mənəvi meyarlara cavab versin ki, düşməninin nümayəndələrinin çağırışına müsbət cavab versin. Bu, artıq iki xalq üçün yox, bütün dünya üçün nümunədir. Amma inkişaf səviyyələri ilə öyünən böyük dövlətlərin rəhbərləri ya bunu görmürlər, ya görmək istəmirlər, ya da sadəcə inkişaflarına rəğmən, görə bilmirlər.

IKSmedia.az