BMT TŞ

 

Rusiya Suriyanın Hələb şəhərində humanitar vəziyyəti yaxşılaşdırmaq üçün yeddi günlük atəşkəs rejiminə dair BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.
Reuters agentliiynin verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin lehinə, Rusiya, Çin və Venesuela isə əleyhinə səs verib.
Qətnaməni tənqid edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, belə bir sənədin qəbul edilməsi terrorçulara yerlərini dəyişməyə imkan verəcək. O, həmçinin səsvermənin Rusiya və ABŞ ekspertlərinin görüşünədək təxirə salmağı təklif edib.
İKSmedia.az