AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Putin azərbaycanlı jurnalistə müsahibə verib

putin az jur mis verib

 

Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.
"Report"a istinadən xəbər verir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.
O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.
"Biz başqa ölçüdə yaşayırıq", - deyə o əlavə edib.
Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir. Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.