AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Məmmədyarov və Çavuşoğlu Qarabağ münaqişəsini müzakirə ediblər

çavuşoğlu memedyarov

 

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi və regional məsələləri müzakirə etdik".
İKSmediaşaz-n məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı qeyd edib ki, M. Çavuşoğlu ona Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağ məsələsinin geniş müzakirə olunduğunu çatdırıb: "Hamburqda gözlənilən ATƏT-in sammiti ilə bağlı da müzakirə apardıq".

Nazir bildirib ki, NATO-nun Əfqanıstanda sülhyaratma prosesi ilə bağlı 2017-ci ildə "İstanbul prosesi"nə Azərbaycan rəhbərlik edəcək: "Azərbaycan da Əfqanıstana tezliklə sülh gəlməsini istəyir".

E. Məmmədyarov deyib ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı da geniş müzakirə aparılıb: "TANAP layihəsi də müzakirə mövzusu oldu. Layihə üzrə işlərin 50 faizi görülüb. Eyni zamanda lavaşla bağlı YUNESKO-ya təqdim olunan və qəbul edilən təklifimiz də müzakirə edildi. Bu, çox mühüm bir addım idi".