AXTAR

Xpert Slider

Prezident İlham Əliyevin apardığı siyasət xalqların dostluğuna və əməkdaşlığına əsaslanır

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

GÜNDƏM

Yenilənən Azərbaycan-Qırğızıstan dostluğu

Yenilənən Azərbaycan-Qırğızıstan dostluğu

GÜNDƏM 25.04.2024 | 22:28
XXI əsr Türk dünyasının siyasi və iqtisadi, mədəni və mənəvi sivilizasiyasının növbəti oyanışına şahidlik edir. Əsrimizin üçüncü onilliyində baş verən…

Reklam

FOTO QALEREYA

Respublikanın hər yerində tədris təmayülləşdiriləcək

tedris

 

2017-2018-ci tədris ilindən etibarən Azərbaycanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva deyib.
G.Xudiyevanın sözlərinə görə, növbəti dərs ilində respublikada tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə kütləvi şəkildə keçid olacaq: “ İndiyə qədər bu pilot layihə şəkilində həyata keçirilirdi. Ancaq təhsil haqqında qanunun tələblərinə uyğun olaraq növbəti tədris ilindən respublikanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsi təmayüllər üzrə təşkil olunacaq”.
G.Xudiyeva deyib ki, hazırda bu istiqamətdə təhlillər aparılır, risklər müəyyənləşdirilir: “Məktəbin şagird, sinif sayı, kadr potensialı nəzərə alınır. Rayon təhsil şöbələri, yerli təhsil idarəetmə orqanları təhlillər aparırlar. Təhlillərin nəticələri Təhsil Nazirliyində də təhlil olunur və yekun qərar ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunur.