AXTAR

Xpert Slider

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi güclənir

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Ermənistanın öz vətəndaşları da işğala qarşı çıxır

is

 

Бурада Dağlıq qarabağ münaqişəsinin ədalətli formada həllini istəyənlər dərhal ölkədən ya sürgün olunur, ya həbsə atılır, ya da müxtəlif formada təzyiqlərlə üzləşirlər
Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının dədə-baba yurdunu tərk etməsi, минлярля insanın həlak olması milliyyətindən asılı olmayaraq, bir tikə vicdanı olan hər kəsi dəhşətə gətirir. 25 ildir ki, bütün dünya bu haqsızlıqdan, xalqımızın çəkdiyi əzab-əziyyətdən danışır, amma bu müsibətin aradan qaldırılmasına gücü çatan səlahiyyətli dünya yetkililərindən arxası olmayan bəyanatlardan başqa bir hərəkət görmürük. Əvəzində daha sarsıdıcı proses baş alıb gedir. İnsanların dünya nizamına inamı itir.
2016-cı il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində beynəlxalq təşkilatların, regionda və bilavasitə münaqişədə marağı olan dövlətlərin fəaliyyətsizliyinə güclü zərbə vuran yeni tendensiya ilə gündəmə düşüb. İşğalçı dövlətin ərazisində yaşayan, birbaşa olaraq Qarabağın işğalında iştirak etmiş insanlarla eyni millətdən olanların, onlarla yanaşı yaşayanların özləri baş vermiş faciənin miqyasını və mahiyyətini anlayaraq bunlara son qoyulması üçün mübarizəyə başlayıb. Vahan Martirosyan, Vahe Avetyan, Suzanna Caqinyan və səsini çıxartmağa hələlik cürət etməyən digərləri... İşğalçılıq siyasətinin əleyhinə olduqlarına görə bu insanlara öz vətənlərində yer yoxdur. Ermənistanda Dağlıq qarabağ münaqişəsinin ədalətli formada həllini istəyənlər dərhal ölkədən ya sürgün olunur, ya həbsə atılır, ya da müxtəlif formada təzyiqlərlə üzləşirlər. Ermənistan vətəndaş cəmiyyətinin fəalları – jurnalist, “Meridian” qeyri-hökumət hüquq-müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyanın teleləri buna sübutdur.
Bu insanların bir günahı var: işğalçı olmaq istəmirlər, sülh, yaradıcı həyat, inkişaf, dinc yanaşı yaşamaq arzusundadırlar. Lakin onlara Ermənistanda yer yoxdur. Suzanna Caqinyan deyir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Onun arzusu və uğrunda çarpışdığı məsələ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaqdır. Lakin Ermənistandakı hazırkı rejim bu yolda ən güclü manеədir, çünki münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir. O, hakimiyyəti 2008-ci il martın 1-də Sarkisyanı hakimiyyətə gətirmək üçün öz xalqına qarşı soyqırımı tərədən Robert Köçəryandan təhvil alıb. Hüquq müdafiəçisi və jurnalistin fikrinə görə, bu gün Sarkisyan hakimiyyəti tək ona deyil, bütün Ermənistan xalqını təzyiqlər altında saxlayır, təqib edir, müharibəyə və işğala qarşı çıxanları, həqiqətin gözünə dik baxmağı bacaranları ölkədən sürgün etdirir. Vahan Martirosyan və Vahe Avetyan da eyni yolun yolçularıdır. Onlar dərk edirlər ki, kimlərəsə əlaltılıq edən bir qrup “quldur” xalq adından danışaraq insanları zülmə və köləliyə məcbur edirlər. Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə erməni xalqı adından azərbaycanlılardan üzr istəyən S.Caqinyan və digərləri Xocalı soyqırmı qurbanlarının xatirəsinə ucaldılmış abidə qarşısında baş əyərək Ermənistanın işğalçılıq fəaliyyətini lənətləmiş olurlar.
Gözlənilirdi ki, özlərini haqq-ədalət carçısı kimi qələmə verən Qərbin vətəndaş cəmiyyətləri, hüquq-müdafiə təşkilatları hərəkətə gələcək, Azərbaycana qarşı qərəzli mövqeləri bəlli olduğundan bu haqda danışmırıq, heç olmasa, Ermənistanda insanların hüquqlarının pozulması faktlarını araşdıracaq, nəticə çıxarıb quru bir bəyanatla olsa da mövqeyini bildirəcək. Sədd heyf! Bu olmadı. Və həmin təşkilatlar öz susqunluqları ilə sübut etdilər ki, onların “hüquq müdafiəçiliyi” missiyası özü qüsurludur. Çünki, həqiqətə yox, siyasətə qulluq edirlər. Çirkin siyasətə! Bir fakta diqqət edin. Nə üçün Ermənistanda hüquqları pozulan vətəndaşlar Avropaya yox, Azərbaycana üz tuturlar? Əminliklə deyə bilərik ki, onlar da Avropanın ikiüzlülüyünü görürlər. Buna görə də mübarizələrində Azərbaycanın yardımına bel bağlayırlar.
Qərbin “hüquq müdafiəçiləri” Cənubi Qafqaz barədə danışanda Ermənistana baxıb sanki orada gördüklərini Azərbaycanın ayağına yazıb nəticə çıxarır, hay-küy salırlar. Belə isə, cavabı hamıya aydın olan sual doğur: hüquqdan danışıb siyasi rola girən vətəndaş cəmiyyəti təşkilatları kimə və nəyə lazımdır?

İKSmedia.az