AXTAR

Xpert Slider

Dünyanın yeni siyasi və iqtisadi düzənində TDT-nin rolu formalaşır

Azərbaycan xalqı İlham Əliyevi yenidən özünə rəhbər seçdi

Azərbaycanın siyasi strategiyası zamanı qabaqlayır

2023-cü ilin gözlənilən və gözlənilməyən nəticələri

Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi güclənir

GÜNDƏM

"AXCP nümayəndələri qərəzli münasibətləri ilə həmişə seçilirlər" - ŞƏRH EDİLDİ

GÜNDƏM 04.03.2024 | 20:23
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov bildirib ki, "Vətəndaşı 30 il hüquqdan məhrum edən rejim AŞPA-da səsvermə hüququnun bir illik…

Reklam

FOTO QALEREYA

Ermənistanın işğalçılıq siyasəti Avropada bir daha təsdiqləndi

insan haqlar mehkemesi

 

Bu, işğalçılıq faktını təsdiq edən ilk belə hadisə deyil. Dağlıq Qarabağ müharibəsi üzrə BMT-nin artıq dillər əzbəri olan məşhur 4 qətnaməsi, Avropa Şurasının müvafiq qətnamələri Ermənistanın işğalçılıq siyasətini birbaşa təsdiq edən, amma təqdir etməyən sənədlərdir. Əgər işğalçılıq faktı sübut olunursa, demək, ermənilərin “qədim erməni torpaqları” haqda xülyaları da puça çıxır.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın işğal edilmiş regionu olan Dağlıq Qarabağ ərazisinə hərbi xidmətə yola salınmış Ermənistan vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Suren Muradyanın 2002-ci ildə öldürülməsi barəsində işin düzgün araşdırılmamasına görə ötən həftə Ermənistanı 50 min avro məbləğində cərimələyib. Məhkəmə işi zərərçəkənin atasının iddiası ilə əlaqədar açılıb. S.Muradyanın atası hesab edir ki, Ermənistanın hakimiyyət orqanları onun oğluna vaxtında tibbi yardım göstərilməməsində təqsirkardır. Beləliklə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktı Avropanın insan haqları məsələləri ilə bağlı ali məhkəmə orqanı tərəfindən növbəti dəfə təsdiq edilib.
Əgər, dünya birliyi tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları işğal faktını qəbul etmirsə, demək, onu aradan qaldırmaq üçün dünya birliyi hərəkətə keçməlidir. Məsələn, İranın atom bombası yaratmaq üçün tədqiqatları genişləndirdiyi vaxt xeyli sayda дювлятin iştirakı ilə bu ölkəyə sanksiyalar tətbiq olunub. Yaxud İraq prezidenti Səddam Hüseynin kimyəvi silahdan istifadə edəcəyini bəyan edən 30-a yaxın ölkə ondan təhdid gözlıədiklərinə görə koalisiya yaradıb İraqı yaman günə qoydular. Elə indinin özündə Rusiyanın Krımı və Donbası ilhaq etməsi səbəbilə bu ölkəyə qarşı ABŞ və Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Yaponiya və digər dövlətlər tərəfindən iqtisadi və siyasi sanksiyalar tətbiq olunur.
BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsi yerinə yetirilsəydi, indi Cənubi Qafqazda sülh və əmin-amanlıq hökm sürərdi. Lakin bu qətnamələr kimi digər təşkilatların qərar və qətnamələri də kağız üzərində qalıb. Niyə bu təşkilat öz qərarına hörmət etmir? Axı onun “mavi dəbilqəlilər” adlanan hərbi gücü var. Ermənistan kimi “cılız” bir dövləti dünya birliyinin qərarını yerinə yetirməyə məcbur etmək doğrudanmı BMT üçün çətindir? Yox, çətin deyil. Arada çirkin siyasət var, bu səbəbdən beynəlxalq təşkilat ayrı-seçkilik salır.
Amma bütün bunlara rəğmən, ermənilər və erməni dövləti növbəti dəfə ifşa olunub. Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi sənəddir. Ermənistan bu qərarın və beynəlxalq ictimaiyyətin, o çümlədən qonşuluğundakı xalqların qınağından, tarixin təhdidindən qaça bilməyəcək. Azərbaycana atdığı şər və böhtanın axırı olmayacaq. Erməni əsgərləri azərbaycanlıların qanı hesabına işğal aktını həyata keçirdikləri kimi öz qanları hesabına da işğal etdikləri torpaqları geri qaytarmağa məcbur olacaqlar.

İKSmedia.az