AXTAR

Erməni hərbçilər qəzaya düşdü: yaralılar var

ermeni qezasi

 

Ermənistanın Qeqarkunik əyalətinin Çambarak şəhərində ağır yol qəzası baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu gün səhər saat 07:40 radələrində Çambarak şəhərində “Mersedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb və onlar Qoris şəhərinin tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, yaralananların ikisi də Ermənistan ordusunun hərbçisidir.

“Mercedes” markalı avtomobilin sürücüsü 39 yaşlı Aram Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri olan zabitdir. “VAZ 2107” dövlət nişanlı avtomobilin sürücüsü 39 yaşlı Ruslan Arutyunyan isə Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən hərbi qulluqçudur.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bu, Ermənistanda hərbçilərin və zabitlərin iştirakı ilə baş verən ilk yol qəzası deyil.

Oxşar məqalələr