AXTAR

“Köçəryanın zirzəmisində hələ çox “meyitlər” tapılacaq”- Şaqen Petrosyan

şaqen petrosyan

 

“Mənim Serj Sərkisyan və Robert Köçəryanla 23 illik mübarizə stajım var. 1997-ci ildə Köçəryan baş nazir təyin olunanda mən Levon Ter-Petrosyana dedim ki, o sənin qəbirqazanına çevriləcək, necə ki, bu baş verdi..."

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan mülki aviasiyasının keçmiş rəisi Şaqen Petrosyan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.

Ş.Petrosyan Köçəryanın həmin vaxt prezident seçilməsinin konstitusiyaya zidd olduğunu bildirir. “Hansısa Alvina Zəkəryan adlı birisi Robert Köçəryanın guya 10 il ərzində Ermənistanda yaşadığı barədə arayış verdi. Halbuki Ermənistan vətəndaşlığı haqqında qanuna görə Qarabağ əhalisinə vətəndaşlıq deyil, ölkədə sərbəst gəzmək üçün pasport təqdim olunurdu”.

Ş.Petrosyan Köçəryanın Rusiya imperializminin adamı olduğunu və daima Moskvanın göstərişlərini icra etdiyini sözlərinə əlavə edib. Keçmiş məmur eks-prezidentin tərəfdarlarının mitinq keçirmək istəyi ilə bağlı suala cavab olaraq onların vaxtilə ermənilərə qarşı mitinqlərdə amansız divan tutanlar olduğuna işarə vurub. “Elə adamlar var ki, 2008-ci il 1 mart hadisələrində Köçəryanla birlikdə hərəkət ediblər. Qoy mitinqlərini keçirsinlər...”.

Şaqen Petrosyan Köçəryanın Ermənistana qarşı əsl cinayətkar kimi davrandığını qeyd edib.

“Köçəryanın zirzəmisində hələ çox “meyidləri” görəcəyik. Bunların içində konstitusiyanın pozulması, sənədlərin saxtalaşdırılması,Ermənistanın mülkiyyətinin mənimsənilərək ruslara peşkəş edilməsi, dağ-mədən sənayesinin məhv olunması, mülki aviasiyanın yox edilməsi də var. Təsəvvür edin, bu ölkənin milli aviadaşıyıcısı ümumiyyətlə yoxdur. Ermənistana investisiya qoymaq istəyən neçə investora kələk gəliblər, neçə insanı intihara məcbur ediblər. İrəvanın mərkəzində yaşayan sakinləri öz mənzillərindən qovub, əvəzində onlara verilən heç bir vədi yerinə yetirməyiblər...Buna görə Köçəryan cavab verməli deyilmi?” - Petrosyan bildirib.

Oxşar məqalələr