AXTAR

Müasir demokratiyanın bərqərar olması

iltribuna

Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçicilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin olunması seçkiilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalqa etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki keçirildi ki, bu da yuxarıda qeyd olunan kimi, hakimiyyətin xalqla siyasi-mənəvi birliyinin bariz ifadəsi oldu. Bu seçki ölkəmizin həyatında mühüm hadisə oldu. Seçki islahatları dərinləşdirmək işinə böyük töhfə vermiş oldu. Seçki prosesi çox uğurla keçmiş və vətəndaşlar seçkiyə böyük maraq göstərmişlər. Bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Bütün namizədlər üçün bərabər şərait yaradılmış, heç bir ayrı-seçkiliyə yol verilməmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev altıncı çağırış Milli Məclisin iclasında bu barədə demişdir. “Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüquqlarından azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb.”
Cənab İlham Əliyev ölkənin daxili və xarici siyasətin bütün sahələrinə toxunmuş yeni parlamentarilər qarşısında mühüm məsələlər qaldırmış və sonda demişdir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın.Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”

Sakitə Qulamova
Masallı rayon Hişkədərə kənd orta məktəbinin müəllimi

Oxşar məqalələr