AXTAR

Rusiyalı tələbələr ermənilərin mətbuat mafiyasına qarşı

simonyan və kesoyan


Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri Keosayan və Simonyanın cəzalandırılmalarını tələb edirlər
Təhqir və təhdidlərə dözməyən gənc rus jurnalistlər od püskürürlər. Onların səsinə isə yalnız mətbuatdan təkəm-seyrək dəstək gəlir. Bu günlərdə, elə rus mətbuatının yazdığına görə, MDU-nun jurfakının tələbələri Mətbuata şikayət üzrə İctimai kollegiyaya “Mejdunarodnaya pilorama” (“Beynəlxalq mişar”) verilişinin məzmununa görə şikayət ünvanlayıblar. Onların fikrincə, bu veriliş öz rasist və ksenofob çıxışları ilə jurnalistikanı hörmətdən salır.
Tələbələrin ərizəsində deyilir ki, verilişdə istifadə edilən müqayisə və formullar yalnız sadəcə hörmətsizlik deyil, həm də təhqiramizdir və Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 282-ci maddəsinə - nifrət və ya ədavətə təhrik, cinsiyyət, irqi əsasda insan ləyaqətinin, milliyyətin, dilin, mənşəyin alçaldılması və s. bu kimi əməllərə görə məsuliyyət altına düşür. Tələbələr hesab edirlər ki, “Mejdunarodnaya pilorama” proqramlarının (NTV-də Tiqran Keosayan aparır, verilişin rus auditoriyasını qoyun sürüsünə çevirməyə istiqamətlənmiş ssenarisini isə onun həyat yoldaşı Margarita Simonyan yazır) məqsədi məlumatların mahiyyətini qərəzli və birtərəfli işıqlandırmaq və yalan şərh etməklə kütlələrə çatdırmaqdır.
Tələbələr Mətbuat şikayətləri üzrə İctimai kollegiyadan xahiş edirlər ki, “Mejdunarodnaya pilorama” jurnalistlərinin və o cümlədən aparıcı Keosayan tərəfindən materiallara belə şərhlər verilməsinin peşəkarlıq və hüquqi baxımdan qiymətini versin.
Sosial şəbəkələrdə “Afərin tələbələr!” – deyə, yazırlar, “onlarda vicdan və iyrənmə var”. İyrənmə o mənadadır ki, “Mehdunarodnaya pilorama” layihəsi ilə translyasiya olunan verilişlərə baxandan sonra tamaşaçıda belə bir hiss formalaşır. Simonyan-Keosayan cütlüyü Rusiyanın imicinə əhəmiyyətli ziyan vurur, rus jurnalistuikasının peşə meyarlarını və rus auditoriyasının mənəvi istiqamətlərini dəyişdirir.
Ancaq heç kim inanmır ki, kütlələrin “Mister və missis Dib” adlandırdıqları bu cütlük hansısa cəzaya məruz qalacaq. Axı, bu Keosayan kimdir? O bu əhvalatda uzaqbaşı hoqqabazdır, icraçıdır. Rus jurnalistikasını və auditoriyasını ələ salan bütün bu işlərin başında Marqarita Simonyan durur. O eyni zamanda Keosayanın arvadı və rusiyalıların qavrama qabiliyyətini və ağlını təhqir edən bayağı və təxribati verilişlərin ssenarilərinin müəlifidir. Bəzi daydayılar (Moskvadan və Vaşinqtondan olan) Rusiyanın MİA “Rossiya seqodnya”, RT telekanalı, RİA Novosti, Sputnik və s. agentliklər kimi dövlətin iri media holdinqlərini Marqarita Simoinyanın nəzarətinə verməklə onu rus jurnalistikasının olimpinə qaldırıblar.
Marqarita Simonyanı kim və nə üçün rus jurnalistikasının “bədheybət”inə çevirib, bu sabun köpüyünə hədsiz ixtiyar verib, bu, ayrıca məsələdir. Lakin rus jurnalistikasına vurulan ziyan, xüsusilə də Keosayan və Simoinyan tərəfindən, geniş rus auditoriyası səviyyəsində müzakirə mövzusuna çevrilib. Rusiyalı tələbələrin bu şəxslərin həyata keçirdikləri fəaliyyətə uyğun qaydada reaksiya göstərmək tələblərinə gəldikdə isə, bu, simonyanların və keosayanların həqarətinə verilmiş rus jurnalistikasında dərin”pilodram”ın olmasından xəbər verir.
P.S. Yanvarın 27-də Kollegiya tələbələrin şikayətinə baxmalı idi. Lakin bu qurumun hansısa konkret bir rəyə gəlməsini gözləməyinə dəyməz. Axı, o, ictimai qurumdur. Üstəlik, Rusiyada erməni satqınların, fırıldaqçıların əl-ayaq açdıqları sahə təkcə jurnalistika deyil. Onlar daha ciddi, məsələn, dövlət strukturlarında özlərinə əməlli-başlı yer ediblər və Rusiyanın daxili və xarici siyasətinə təsir etməyi bacarırlar. Bu “bacarığı” isə elə Rusiya dövləti özü onlara verib. Bu səbəbdən simonyanların və marqaritaların Rusiyada hələ üzün zaman “at oynatmaqları” gözləniləndir.
N.NOVRUZ

 

 

Oxşar məqalələr